Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elon Musk Starship Mars missiyasının 4 ilə başlaya biləcəyini düşünür

Elon Musk Starship Mars missiyasının 4 ilə başlaya biləcəyini düşünür

Tarix: 22 Oktyabr 2020 23:12

SpaceX-in CEO-su məşhur milyarder Elon Musk Marsa ilk insansız Starship missiyasının 2024-cü ildə başlaya biləcəyini söyləyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Musk Mars Cəmiyyətinin qurucusu Robert Zubrin ilə görüşündə "Məncə, ikinci Mars transfer pəncərəsini qurma şansımız var" deyib. Musk-ın bəhs etdiyi bu pəncərə Mars missiyası üçün hər 26 aydan bir ortaya çıxan fürsətdir. Bu çərçivədə NASA, Çin və Birləşmiş Ərəb Əmirlikləri bu ilin iyul ayında Marsda müəyyən missiyalara start vermişdi. Musk raketin irəliləməsi üçün qoyulan zamanın "tamamilə təxminlərdən ibarət olduğunu və dəyişə biləcəyini də vurğulayıb.

Yeni raket prototipi bu günə qədər 150 m-lik atılma sınağını uğurla başa vurub. Hazırda şirkətin Boca Chica South Texas müəssisələrində kosmik gəmi üçün inşaat işləri aparılır.

SpaceX 2022-ci ildə Starship-i Ay missiyası üçün də istifadə etməyi planlaşdırır.

Milli.Az


Etiketlər:  Elon Musk Starship Mars missiyasının 4 ilə başlaya biləcəyini düşünür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ