Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)

RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)

Tarix: 22 Oktyabr 2020 23:51

Bakı. Trend:

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, iclasda Şura üzvüləri il ərzində görülən işlər, gənc mütəxəssislərin yerli və beynəlxalq konfranslarda iştirakları ilə bağlı məqalələrin və tezislərin hazırlanmasına dair müzakirələr aparıblar.

Həmçinin müzakirələr zamanı COVİD -19 virusu ilə mübarizə sahəsində gənc əməkdaşların məlumatlandırılması işinə dəstək verilməsi, eləcə də sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribat törətməsi nəticəsində başlayan Vətən müharibəsi ilə bağlı gənclərin düşmən ölkə ilə aparılan informasiya müharibəsində yaxından iştirakı ilə bağlı məsələlərə də toxunulmuşdur.

Bildirilib ki, bu gün Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin işğalı altında olan onlarla kəndlərimizi, yüksəkliklərimizi azad edib və torpaqlarımızın azadlığı uğurunda rəşadətlə vuruşurlar. Azərbaycan xalqının öz Ali Baş Komandanının və Azərbaycan ordusunun arxasında olduğunu bildirən şura üzvüləri gənc seysmoloqların da bir əsgər kimi öz dövlətinin və Ali Baş Komandanının əmrində olduqlarını qeyd ediblər.


Etiketlər:  RSXM nin Gənc Alim Mütəxəssislər Şurasının onlayn iclası keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ