Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

15 hoteldə koronavirusla bağlı tələblərin pozulması faktları aşkarlanıb

15 hoteldə koronavirusla bağlı tələblərin pozulması faktları aşkarlanıb

Tarix: 23 Oktyabr 2020 18:20

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları"na əməl olunması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 122 mehmanxanada reyd keçirib.

Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, reydlərin keçirildiyi 15 mehmanxanada Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydaların tələblərinə əməl olunmaması və kobud pozuntu faktları aşkarlanıb. Fəaliyyətində nöqsanlar aşkarlanan mehmanxanalar barədə qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.

Keçirilən reydlər zamanı sahibkarlıq subyektlərinə, orada çalışan işçi heyətə qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilib və mehmanxanaların ictimai iaşə zonalarına xəbərdaredici, maarifləndirici lövhələr yerləşdirilib:

"Qida Təhlükəsizliyi Agentliyi sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara müraciət edərək bir daha bildirir ki, istehlakçıların və işçi heyətin sağlamlığının qorunması istiqamətində mehmanxanaların ictimai iaşə məkanlarında xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.

Hazırda mehmanxanalarda yoxlama-nəzarət, təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində əldə olunan müsbət dinamikanın qorunub saxlanılması və koronavirusla effektiv mübarizənin davam etdirilməsi üçün hər bir sahibkarlıq subyektinin qanunvericilik çərçivəsində fəaliyyət göstərməsi zəruri şərtlərdəndir".


Etiketlər:  hoteldə koronavirusla bağlı tələblərin pozulması faktları aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ