Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple ilə sıx əməkdaşlıq: Google şirkətinə qarşı olan məhkəmə ittihamının yeni təfərrüatları

Apple ilə sıx əməkdaşlıq: Google şirkətinə qarşı olan məhkəmə ittihamının yeni təfərrüatları

Tarix: 24 Oktyabr 2020 08:48

20 oktyabr tarixində ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı məhkəmə iddiası qaldırdı. Nazirlik şirkəti monopoliyada günahlandırır. İndi isə bu məsələ ilə bağlı yeni məlumatlar verilib. Hal hazırda ABŞ-ın Ədliyyə Nazirliyi Google ilə Apple arasında olan razılaşmanı araşdırır. Qeyd etmək lazımdır ki, həmin razılaşmaya əsasən Google axtarış sistemi iPhone smartfonlarında standart axtarış sistemi kimi təqdim olunur. Məlumata əsasən bu razılaşmanın müzakirə olunması üçün Apple CEO-su Tim Cook 2018-ci ildə Google CEO-su Sundar Pichai ilə görüşüb.

Bu görüşdən sonra kimliyi bilinməyən Apple əməkdaşı Google-dan olan həmkarına bunları yazıb: "Bizim baxışımız bizim bir şirkət kimi fəaliyyət göstərməkdən ibarətdir". Ədliyyə Nazirliyi tərəfindən Google şirkətinə qarşı qaldırılmış məhkəmə iddiasında qeyd olunub ki, 2019-cu ildə Google axtarış sisteminin trafikinin 50%-i məhz Apple smartfonlarının payışa düşüb. Analitiklərin hesablamalarına əsasən Google hər il Apple şirkətinə milyardlarla dollar vəsait ödəyir ki, onun axtarış sistemi iPhone modellərində standart tətbiq kimi təqdim olunsun.

iPhone və digər cihazların istifadəçiləri öz istəklərinə uyğun olaraq standart axtarış sistemi kimi başqa servisi seçməkdə azaddırlar. Lakin Ədliyyə Nazirliyinin fikrincə çox az adam bunu etdiyinə görə Google eksklüziv axtarış sisteminə çevrilir. Ədliyyə Nazirliyinin öz məlumatlarına əsasən bunun üçün Google hər il Apple şirkətinə 8-12 milyard dollar vəsait ödəyir. Bütün bu məlumatlar Google şirkətinin öz rəqiblərinin imkanlarını blokladığı ittihamlarını təsdiqləyə bilər.


Etiketlər:  Apple ilə sıx əməkdaşlıq Google şirkətinə qarşı olan məhkəmə ittihamının yeni təfərrüatları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ