Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 09:12
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 1-ci turunun ən yaxşı qolu müəyyənləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Real"ın futbolçusu Luka Modriçin "Şaxtyor"a vurduğu qol həftənin ən yaxşısı seçilib.
İkinci yerin sahibi isə "Bavariya"nın yarımmüdafiəçisi Korentino Tolisso olub. O, "Atletiko" ilə matçda qapını dəqiq nişan alıb.
İlk üçlüyü "Atalanta"nın hücumçusu Alexandro Qomez qapayıb. Oyunçu "Midtyulland"a qarşı fərqlənməyi bacarıb.
"Krasnodar"ın müdafiəçisi Kristian Ramirezin "Renn"ə vurduğu qol isə 4-cü seçilib.
Qeyd edək ki, "Real" - "Şaxtyor görüşü 2:3, "Bavariya" - "Atletiko" matçı 4:0, "Midtyulland" - "Atalanta" oyunu 4:0, "Krasnodar" - "Renn" qarşılaşması isə 1:1 hesabı ilə başa çatıb.