Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 17:42
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı bu səhər Azərbaycan Respublikasının prezidenti ilə telefonla danışdığını bildirib.
Sonxeber.net xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan "ARB24" televiziyasının aparıcısı Günel Mönsümovanın ağlayaraq Zəngilanın işğaldan azad edilməsi xəbərini çatdırmasını həmkarı İlham Əliyevlə müzakirə edib:
"Bu səhər qardaşım İlham Əliyevlə telefonla əlaqə saxladım. Azərbaycan televiziyasında aparıcının ağlamağı barədə onunla danışdıq. İndi azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqlara doğru irəliləyirlər. Həmd olsun, onları geri almağa başladılar. Heç bir şey əzmdən, imandan qaça bilməz".