Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Borussiya'' 3, ''Bavariya'' 5 cavabsız qola sevindi

''Borussiya'' 3, ''Bavariya'' 5 cavabsız qola sevindi

Tarix: 25 Oktyabr 2020 07:02

Futbol üzrə Almaniya Bundesliqasında 5-ci turun oyunları keçirilir.

Milli.Az matc.az-a istinadən bildirir ki, daha beş qarşılaşma baş tutub.

Son çempion "Bavariya" bu turda "Ayntraxt"ı qəbul edibsə, Dortmund "Borussiya"sı "Şalke" ilə üz-üzə gəlib. Münhen təmsilçisi 5, Dortmund klubu isə 3 cavabsız qola sevinib. 
 
Lider "Leyptsiq" də "Herta" ilə ev oyunundan qalib ayrılıb.
 
Almaniya Bundesliqası
5-ci tur
23 oktyabr
 
Ştutqart - Köln 1:1
Qol: Manqala, 1 - Andersson, 23-pen.
 
24 oktyabr
 
Bavariya - Ayntraxt 5:0
Qol: Levandovski, 10; 26; 60. Sane, 72. Musiala, 90.
 
Maynts - Borussiya (Münhenqladbax) 2:3
Qol: Mateta, 23; 36 - Ştindl, 15. Hofmann, 76-pen. Ginter, 83.
 
Leyptsiq - Herta 2:1
Qol: Upamekano, 11. Sabitser, 77 - Kordoba, 8.
 
Union - Frayburq 1:1
Qol: Endrix, 36 - Qrifo, 34.
 
Borussiya (Dortmund) - Şalke 3:0
Qol: Akanci, 55. Haland, 61. Hummels, 78.
 
25 oktyabr
 
18:30 Volfsburq - Arminiya
21:00 Verder - Hoffenhaym
 
26 oktyabr
 
23:30 Bayer - Auqsburq

Milli.Az


Etiketlər:  Borussiya Bavariya cavabsız qola sevindi


RƏYLƏR