Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İti qovan" söz birləşməsi necə yarandı?

Tarix: 25 Oktyabr 2020 15:44

Tanınmış yazıçı, "Olaylar" qəzetinin Baş redaktoru Yunus Oğuz "İti qovan" ifadəsinin etimologiyasından yazıb.

""İti qovan"ın etimologiyasından: Deməli, kənd yerində, rayonların bəzi məhləsində Sülək itlər olur, axşamdan səhərə qədər zinginləyir, ya da boşuna hürüb, baş-beyni xarab eyləyir, yatmağa, dincəlməyə qoymurdu. Yəqin indi də var. Evin kişisi ya özü, olanda oğlanlarında birinə deyərdi: Dur get o süləyi qov, beynimizi xarab elədi. Adam əlinə ya ağac alar, ya da hay-küylə İTİ qovurdu. Sonradan bu el məsəlinə "İTİ QOVAN KİMİ" DÜŞDÜ", - Y.Oğuz Facebook-dakı hesabında qeyd edib.

Milli.Az


Etiketlər:  İti qovan söz birləşməsi necə yarandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ