Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçirib (FOTO)

Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçirib (FOTO)

Tarix: 26 Oktyabr 2020 13:12

Bakı. Trend:

ABŞ-ın Minneasota ştatının Minneapolis şəhərində yaşayan soydaşlarımız Kapitol binasının önündə icazəli aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiya zamanı işğalçı Ermənistan ordusunun Gəncə şəhərində terror aktları törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi pislənilib.

Minneasota Azərbaycan İcmasının təşəbbüsü ilə keçirilən aksiyada soydaşlarımız Gəncə terrorunun qurbanlarının xatirəsini yad edib və erməni separatizminin nəinki Azərbaycana, bütövlükdə bəşəriyyətə qarşı böyük təhlükə olduğunu bildiriblər.

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti qınayan aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və mülki əhaliyə qarşı törədilən terror aktlarına biganə qalmamağa səsləyiblər.

Aksiya iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini oxuduqdan sonra əllərində tutduqları “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi plakatlarla Hennepin dairə Məhkəməsinin binasından Nikolet Mola doğru yürüş ediblər.

Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçirib (FOTO) - Gallery Image Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçirib (FOTO) - Gallery Image Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçirib (FOTO) - Gallery Image Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçirib (FOTO) - Gallery Image Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçirib (FOTO) - Gallery Image Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçirib (FOTO) - Gallery Image Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçirib (FOTO) - Gallery Image


Etiketlər:  Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ