Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 13:50
Bakı. İlhamə İsabalayeva - Trend:
Qubadlı rayonu ərazisində yüzdən artıq tarixi və mədəni abidə erməni vandalları tərəfindən məhv edilib, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan 5 mindən çox nadir eksponat talan edilib.
Trend-in məlumatına görə, bunu AMEA-nın Tarix İnstitutunun Azərbaycan qədim tarixi şöbəsinin elmi işçisi Ramin Əlizadə deyib.
Onun sözlərinə görə, dini abidələr donuz tövləsinə çevrilib, bir sözlə mənfur ermənilər Qubadlı rayonu ərazisində Azərbaycan türkünün izini sübut edən nə varsa hamısını məhv etməyə çalışıblar.
Tarixçi qeyd edib ki, Qubadlı rayonunun erməni işğalı altında olduğu dövrə aid video və foto görüntüləri bunu əyani olaraq bir daha sübut edir.
R.Əlizadə bildirib ki, erməni işğalçıları tərəfindən Qarabağın digər tarixi və mədəni abidələri kimi, Qubadlının da tarixi abidələrinin bir çoxu hərbi məntəqə kimi istismar olunub və ya məhv edilib.