Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 12:03
Bakı. Trend:
Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir:
"Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur".