Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın işğaldan azad edilmiş əraziləri ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək

Azərbaycanın işğaldan azad edilmiş əraziləri ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək

Tarix: 27 Oktyabr 2020 17:04

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın işğalda azad edilmiş əraziləri ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bildirib.

V.Qasımlı bildirib ki, işğal edilmiş ərazilərimiz azad edildikdən sonra orada olan torpaq, su, meşə resursları, qızıl və filiz ehtiyyatları və digər reurslar ölkə iqtisadiyyatına qoşulduqdan sonra Azərbaycana milyardlarla manat gəlir gətirəcək.

O bildirib ki, işğal edilmiş ərazilərimizdə 155 adda filiz ehtiyyatları, 6 qızıl ehtiyatı, çoxlu sayda polimetal ehtiyyatları, mineral su ehtiyyatarı və digər ehtiyyatlar iqtisadiyyatımızın inkişafına böyük töhfə verəcək. V.Qasımlı vurğulayıb ki, ilkin hesablamalara görə, işğal edilmiş ərazilərimizdə olan təkcə qızıl ehtiyyatları 132.4 tondur və indiki qiymətlərlə bunun dəyəri 8 milyard ABŞ dolları edir: “Eyni zamanda işğal edilmiş ərazilərdə olan digər filiz ehtiyyatları həm də metallurgiyanın və dağ-mədən sənayesini inkiaf etdirəcəyik ki, miyardlarla dollar gəlir gətirəcək. Kənd təsərrüfaı sahəsinə böyük təsirlər olacaq. İşöal edilmiş ərazilərdəki 240 min hektar, eyni zamanda ona qonşu olduğu üçün istifadə edilə bilməyən 140 min hekatar kənd təsərrfüatına yararlı torpaqların istifadəsi ölkəmizdə milyardlarla dollar gəlir gətirəcək. Turizm sektorunun inkişafı, o cümlədən musiqçilikdən tutmuş xalçaçılığa qədər kreativ sənayenin inkiafı üçün böyük imkanlar açılacaq, bir çox sahələr inkiaf edəcək. ümumilikdə müharibədə əldə edilən qələbələrin bizə gətirdiyi ruh yüksəkliyi, özünə inam inkiafımızla bağlı irəliyə atılan böyük bir addımdır”.


Etiketlər:  Azərbaycanın işğaldan azad edilmiş əraziləri ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ