Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə istintaq təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə görüş keçirilib

Gəncədə istintaq təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə görüş keçirilib

Tarix: 27 Oktyabr 2020 17:48

Bakı. Trend:

BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, onların hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr – 20 noyabr tarixlərində ölkəmizdə “Uşaq Hüquqları Aylığı” elan edilir.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, aylıq çərçivəsində dövlət uşaq müəssisələrində, xüsusilə də penitensiar müəssiələrdə olan yetkinlik yaşına çatmayanların hüquqlarının təmin olunması, onların vəziyyətlərinin monitorinqi Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə Ombudsmanın tapşırığı ilə Gəncə Regional Mərkəzinin əməkdaşları 2 saylı istintaq təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan şəxslərə baş çəkərək onların saxlanma şəraitini, təcridxana əməkdaşlarının onlarla rəftarını, eləcə də saxlanma ilə bağlı digər məsələləri araşdırıblar.

Bundan başqa, yetkinlik yaşına çatmayan şəxslərə ünvanlanan hüquqi maarifləndirmə tədbiri təşkil olunub, uşaq hüquqları sahəsində mövcud olan ölkədaxili və beynəlxalq hüquq normaları, Müvəkkilə müraciət imkanları barədə ətraflı məlumat verilib.


Etiketlər:  Gəncədə istintaq təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə görüş keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ