Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2020 09:34
İngiltərənin "Liverpul" futbol klubu ötən UEFA Çempionlar Liqasının qrup mərəhələsi çərçivəsində Danimarkanın "Midtyuland" klubu ilə qarşılaşmada tarixinin 10 000-ci qolunu vurub.
Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə futbol klubunun rəsmi "Twitter" səhifəsində deyilir.
Məlumata əsasən, klubun tarixinin 10 000-ci qolunun müəllifi portuqaliyalı futbolçu Dioqu Jota olub. Bildirilir ki, 10 000-ci qol klubun 5 753-cü oyununda vurulub.
Qeyd edək ki, ötən gün keçirilən oyunda "Liverpul" rıqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Qrup mərhələsinin növbəti oyununda "Liverpul" İtaliyanın "Atalanta" klubunun qonağı olacaq.