Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siyəzəndə avtomobil yolayrıcına çırpıldı - Sürücü öldü, azyaşlı xəstəxanada

Siyəzəndə avtomobil yolayrıcına çırpıldı - Sürücü öldü, azyaşlı xəstəxanada

Tarix: 4 Iyul 2019 20:06

Bakı. Samir Əli - Trend:

Siyəzən rayonunun Zarat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 3-də saat 8 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Abşeron rayon sakini Elçin Namazov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini olan 9 yaşlı oğlu Toğrul xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Siyəzəndə avtomobil yolayrıcına çırpıldı Sürücü öldü azyaşlı xəstəxanada


RƏYLƏR