Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır - Seyid Abbas Əraqçi

Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır - Seyid Abbas Əraqçi

Tarix: 28 Oktyabr 2020 20:57

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında İran Xarici İşlər nazirinin müavini və İran Prezidentinin xüsusi elçisi Seyid Abbas Əraqçi deyib.

S.A.Əraqçinin sözlərinə görə, İran münaqişənin beynəlxalq sərhədlər çərçivəsində həll olunacağına inanır.

Dövlət rəsmisi qeyd edib ki, İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar plan hazırlayıb: "İranın qənaətincə, bu plan reallığı özündə ehtiva edən plandır. Təbiidir ki, gələn günlər ərzində bu planla əlaqədar Rusiya, Ermənistan və Türkiyədə müzakirələr aparılacaq.

Ümid edirik ki, bu müzakirələr effektiv olacaq və region ölkələrinin köməyi ilə daimi sülhü təmin edəcək".


Etiketlər:  Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır Seyid Abbas Əraqçi


RƏYLƏR