Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ-nin videokonfransında Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib - FOTO

Aİ-nin videokonfransında Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib - FOTO

Tarix: 30 Oktyabr 2020 16:58

Oktyabrın 29-da Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" təşəbbüsü çərçivəsində onlayn videokonfrans formatında 5-ci Enerji Paneli keçirilib.

Energetika Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, tədbirdə gündəlik üzrə Şərq Tərəfdaşlığı ölkələrindən 2020-ci ildən sonrakı dövr üçün enerji əməkdaşlığı prioritetləri ilə bağlı gözləntilər, bərpa olunan enerji və mayeləşdirilmiş təbii qaz sahələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

İclasda Ermənistan təmsilçisi tədbirin gündəliyindən kənara çıxaraq və provokasiya xarakterli çıxış edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında yalan və riyakar bəyanatlar səsləndirib, tədbir iştirakçılarını aldatmağa, Ermənistanın işğalçı siyasətinə haqq qazandırmağa və bu ölkəni zərərçəkən qismində qələmə verməyə cəhd göstərib.

Panelin moderatoru, Avropa Komissiyası Enerji Baş Direktorluğunun "Beynəlxalq əlaqələr və genişlənmə" şöbəsinin müdiri xanım Anne-Charlotte Bournoville xəbərdarlıq edərək, tədbirin məqsədinin enerji üzrə ekspertləri bir araya gətirərək, gündəlikdə nəzərdə tutulan məsələlərin müzakirəsi ilə bağlı olduğunu bildirib və münaqişələrin müzakirəsi üçün platforma olmadığını diqqətə çatdırıb.

Azərbaycanı tədbirdə təmsil edən Energetika Nazirliyinin şöbə müdiri əvəzi Otel Hüseynov tədbirin gündəliyinə uyğun olaraq çıxışına başlamazdan əvvəl Ermənistan tərəfinin yalan məlumatlar yaymaq cəhdlərinə qəti etirazını bildirərək təşkilatçıları bu tip provokasiya cəhdlərinə rəvac verməməyə çağırıb. O, həmçinin tədbir iştirakçılarına cari ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycanın mülki yaşayış məntəqələrinin, sosial-mədəni və infrastruktur obyektlərinin, o cümlədən strateji əhəmiyyətli enerji infrastrukturunun işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması barədə məlumat verib. Döyüş əməliyyatlarından uzaqda yerləşən şəhər və kəndlərin ballistik raketlərlə, qadağan olunmuş silahlarla atəşə tutulması nəticəsində mülki əhali, o cümlədən azyaşlı uşaqlar arasında çoxsaylı ölən və yaralananların olduğunu, eyni zamanda Azərbaycanın enerji infrastrukturunun da hədəfə alındığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Otel Hüseynov, həmçinin tədbir təşkilatçılarına və iştirakçılarına Ermənistan tərəfinin bu cür provokasiya xarakterli çıxışlarının tədbirin gedişatına və gündəlikdəki məsələlərin müzakirəsinə mane olduğunu bildirib.


Etiketlər:  videokonfransında Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ