Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2020 17:48
Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 4 noyabr 2020-ci il tarixində videoformatda növbəti ictimai dinləmə keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislərin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə ediləcək, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul olunması üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.