Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlərdən ÇAĞIRIŞ: Ən çox qoxu və dad hissinin itməsinə diqqət edin!

Alimlərdən ÇAĞIRIŞ: Ən çox qoxu və dad hissinin itməsinə diqqət edin!

Tarix: 31 Oktyabr 2020 21:45

İngiltərədən olan alimlər pandemiya ilə bağlı qoxu və dad hissinin itkisinə daha çox diqqət etməyi tövsiyə edirlər. London Universiteti Kollecinin əməkdaşları dad və qoxu hissini itirən 590 nəfərlə bağlı tədqiqat aparıb.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, araşdırmaya cəlb olunanların 80 faizində Covid-19 antikorları olduğu halda, bu insanların yarısı hərarət və ya öskürək şikayətləri yaşamadıqlarını bildirib. Mütəxəssislər, qoxu itkisi olanlarda, sadəcə, dad hissi itkisi yaşayanlarla müqayisədə antikor yaranma faizinin 3 qat daha çox olduğunu müşahidə ediblər.

Qoxu itkisinin Covid-19-un ən çox görülən bir simptomu olduğuna diqqət çəkən alimlər, bu simptomun test və müalicə mərhələsində daha çox diqqət mərkəzində olmasını vurğulayıblar. İngiltərədə artıq may ayında Covid-19 simptomlarına qoxu və dad itkisi əlamətləri də əlavə edilib. Amma dünyanın bir çox ölkəsində bu şikayətlər hələ də Covid-19 simptomları siyahısına daxil olunmayıb.

Qoxu və dad itkisinin yeni növ koronavirusun burun, boğaz və dilin arxasındakı hüceyrələrə təsir etdiyi zaman meydana çıxdığı düşünülür. Bu vəziyyətin qrip zamanı yaranan, tənəffüs yollarının tıxanmasından qaynaqlanan qoxu və dad itkisi ilə eyni olmadığına diqqət çəkilib.


Etiketlər:  Alimlərdən ÇAĞIRIŞ çox qoxu hissinin itməsinə diqqət edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ