Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Antropogen təsirlər Qarabağın bir sıra qiymətli bitkilərinin tamamilə məhv olmasına səbəb olub'' - Botanika İnstitutu

''Antropogen təsirlər Qarabağın bir sıra qiymətli bitkilərinin tamamilə məhv olmasına səbəb olub'' - Botanika İnstitutu

Tarix: 3 Noyabr 2020 09:56

Qarabağın təbiətinə olan antropogen təsirlər bir sıra qiymətli bitkilərin sayının azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva deyib.

Onun sözlərinə görə, işğal altında olan ərazilərin bitki örtüyü şaquli zonallıq üzrə yarımsəhralar və yarımbozqırlar (dəniz səviyyəsindən hündürlüyü 400 m-ə qədər), bozqır bitkiliyi (400-800 m), mezofil meşələr (1000-2000 m), yüksək dağlıq bitkiliyi (2000-2500 m), alp-subalp bitkiliyi (2200-3000 m), qaya bitkiliyi (Murovdağ ərazisi 3000 m-dən yuxarı) tiplərinə bölünməklə tədqiq edilməlidir:

"Lakin elə bitkilər var ki, onların areal diapazonu yalnız Qarabağla məhdudlaşır. Ölkənin genetik ehtiyatlarını daim qorumaq və müasir vəziyyətini təyin etmək üçün floristik və sistematik araşdırmalara ehtiyac var. Əsas forma müxtəlifliyinin mərkəzləri, irsi müxtəlifliyin paylanma təbiəti, növlərin formalaşma intensivliyi sistemli tədqiqatlarla müəyyən edilməlidir. İşğala məruz qalan botaniki-coğrafi rayonlarda taksonomik tərkibə 2500-ə (50%) qədər bitki növü daxildir ki, bunların populyasiya göstəriciləri, arealları və son vəziyyəti barədə heç bir məlumatımız yoxdur. Bəzi ərazilərimizdə erməni işğalçıları tərəfindən yabanı bitkilər tamamilə məhv edilərək yerində narkotik bitkilər becərilmiş və öz mənfur xislətlərini bir daha sübut etmişlər. Digər tərəfdən, 1989-cu ildə Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmiş 140 adda nadir və nəsli kəsilmək təhlükəsində olan bitkilərin əksəriyyəti Qarabağdan təsvir edilmişdir: daş səhləbi (xarı bülbül), Şuşa gəvəni, qaraçöhrə, Qarabağ dağlaləsi, məryəm noxudu, Şuşa xaşası, azad ağacı, ştrenbergiya kimi təbiət incilərimizin son durumu botaniklərə hələ bəlli deyil".


Etiketlər:  Antropogen təsirlər Qarabağın sıra qiymətli bitkilərinin tamamilə məhv olmasına səbəb olub Botanika İnstitutu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ