Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan əhalisi nağd avro alışını artırıb

Azərbaycan əhalisi nağd avro alışını artırıb

Tarix: 3 Noyabr 2020 11:02

Bu ilin sentyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 27,6 mln. avro təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 2,6 dəfə çoxdur.

Sonxeber.net APA-ya istinadən bildirir ki, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi ötən ilin sentyabr ayı ilə müqayisədə isə 29,5% azalıb.

Bundan başqa, sentyabr ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 5,03 mln. avro təşkil edib ki, bu da aylıq müqayisədə 21,9%, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 3,3 dəfə azdır.


Etiketlər:  Azərbaycan əhalisi nağd avro alışını artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ