Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PSJ-nin 5 futbolçusu "Leyptsiq"ə qarşı oynamayacaq

PSJ-nin 5 futbolçusu

Tarix: 3 Noyabr 2020 16:48

PSJ-nin 5 futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Leyptsiq"lə oyunu buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Fransa çempionatının 9-cu turunda "Nant"la matçda əvəzlənən Kilian Mbappenin sağ bud əzələsində  narahatlığı olduğu və Almaniyaya getmədiyi bildirilib. Onun son durumu 48 saat ərzində müəyyənləşəcək.

Neymarın isə zədədən bərpa olunmağa davam etdiyi və milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra meydana qayıdacağı vurğulanıb. Mbappe, Neymarla yanaşı,  Marko Verratti , Yulian Draksler və Mauro İkardi də zədə səbəbindən "Leyptsiq"lə oyunda iştirak etməyəcəklər.

Qeyd edək ki, "Leyptsiq" - PSJ qarşılaşması sabah keçiriləcək.

Milli.Az


Etiketlər:  PSJ nin 5 futbolçusu Leyptsiqə qarşı oynamayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ