Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

iPhone 12-nin istehsalı Çindəki havanın kəskin çirklənməsinə səbəb olub

iPhone 12-nin istehsalı Çindəki havanın kəskin çirklənməsinə səbəb olub

Tarix: 3 Noyabr 2020 23:32

iPhone 12-nin təqdimatı zamanı Apple şirkəti elan etmişdi ki, bundan sonra onun smartfonlarının qutularında şarj cihazı və qulaqlıqlar olmayacaq. Şirkət bildirmişdi ki, o, ətraf mühiti fikirləşdiyi üçün belə addımı atıb. Lakin Morgan Stanley şirkətinin analitikləri bildiriblər ki, iPhone 12-nin istehsalı Çinin ekologiyasına ciddi ziyan vurub. Bu barədə CNBC saytı xəbər verib.

Morgan Stanley şirkətinin verdiyi məlumata əsasən Çinə yaxın olan iPhone istehsalı zavodlarında istehsalat aktivliyi yüksəlib. Bu isə öz növbəsində Çindəki havanın kəskin çirklənməsinə gətirib çıxardıb. Analitiklər əmindirlər ki, Çjençjou şəhərində hava çirklənməsi məhz yeni iPhone 12 modellərinin istehsalatlarının yüksəldilməsi ilə bağlıdır. Onlar bildiriblər ki, istehsalatın yüksəldilməsi adi vaxtdan 1 ay sonra başlayıb. Bu isə iPhone 12 modellərinin istehsalatlarının yüksəlməsi ilə üst-üstə düşür. Bu cür vəziyyəti analitiklər həmçinin Çinin Şençjen, Çendu və Çunsin şəhərlərində də müşahidə ediblər.

Milli.Az


Etiketlər:  iPhone istehsalı Çindəki havanın kəskin çirklənməsinə səbəb olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ