Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 16:44
Bakı. Trend:
Türkiyədə koronavirusa yoluxma hallarının yenidən çoxalması ilə əlaqədar karantin rejimi sərtləşdirilib.
Trend-in məəlumatına görə, bu gündən etibarən ölkənin 81 vilayətində kafe və restoranlar, bərbərxanalar, teatr, kinoteatr və konsert zalları saat 22:00-dak işləyəcək.
Karantin rejimninin davam edəcəyi müddət qeyd edilməyib.
Bundan başqa, karantin müddətində iş vaxtının müxtəlif saatlarda başlaması nəzərdə tutulur. Yollarda sıxlığın qarşısının alınması üçün iş saatlarının 06.00-15.00, 06.30-15.30, 07.00-16.00, 07.30-16.30, 08.00-17.00, 08.30-17.30, 09.00-18.00 saatlarına keçirilməsi tövsiyə olunur.
Qeyd edək ki, bu günədək Türkiyədə 382 mindən çox şəxs koronavirusa yoluxub, 10 481 nəfər ölüb.