Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 21:12
İddiamızı davam etdirmək üçün hər xal bizim üşün önəmlidir. Hər zaman deyirik ki, ölkəmiz üçün çıxış edirik. Sabah qələbə qazanmaq istəyirik.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Türkiyə klubunun çalışdırıcısı sabahkı oyunda ancaq qələbə haqda düşündüklərini bildirib: "İki oyunda 4 qol vurmuşuq. Deməli, qol vura bilirik. Sabahkı matçda yalnız qələbə haqqında düşünürük. Bütün riskləri göz önünə alacağıq. Bəzi zədəli oyunçularımız var. "Qarabağ"la matç bizim üçün finaldır. Bunu yaxşı şəkildə bitirmək istəyirik. Öz komandama güvənirəm və hər şey qaydasında getsə, bu qrupdan çıxacağımıza inanıram".
57 yaşlı mütəxəssis bu turnirdə hakimlərin onların əleyhinə bir neçə qərar verdiyini də qeyd edb: "Heç vaxt hakim səhvlərindən qələbə qazanmamışıq. Amma Türkiyədə eyni səbəbdən uduzduğumuz görüşlər olub. İki turda da bizim əleyhimizə penalti veriblər. Hakimin kim olacağının fərqi yoxdur. "Makkabi" ilə görüşə çox itkilərlə çıxmışdıq. Onların 12 ehtiyat oyunçuları var idi, bizdə isə 5 idi. Pis oynadığımızı düşünmürəm. Sabahkı görüş milli komandanın oyunu qədər önəmlidir. Çox oyunçu zədəlidir və bəzi oyunlarda problemlə üzləşirik. Əlimizdəki oyunçulardan istifadə edəcəyik".
Xatırladaq ki, sabah "Yeni 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 21:55-də başlayacaq.