Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 21:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibə Azərbaycanın haqlı mövqeyinin bir daha dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətli idi.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bu, eyni zamanda həm də Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi uğurların siyasi-diplomatik müstəvidə gücləndirilməsi məqsədlərinə xidmət edirdi:
"Çünki hərbi uğurların diplomatik cəbhədə davam etdirilməsi hazırki mərhələdə ən aktual vəzifələrdən biridir. Ona görə də sentyabr ayının 27-dən bəri Prezident İlham Əliyevin dünyanın ən aparıçı media qrumlarına verdiyi müsahibələr əslində Ordumuzun uğurları üçün siyasi təhlüksizlik çətiri yaradır ki, bu da növbəti addımlar üçün yaxşı imkanlar açır.
Hər şeydən öncə məsələnin hüquqi tərəflərinə diqqət çəkən Prezident İlham Əliyevin Ermənistanın işğalçı olduğunu və bu işğal faktının artıq 30 ilə yaxındır ki, davam etdiyini bildirməklə bu mərhələdə müvafiq beynəlxalq təşkilatların faktiki olaraq problemin həlli üçün heç bir addım atmadıqlarını, bütün sülh danışıqlarının nəticəsiz qaldığını və yaranmış vəziyyətin işğalçı ölkəni yeni ərzailərimizi işğal etməyə həvəsləndirdiyini bildirdi.
Əlbəttə, Azərbaycan daha artıq buna dözə bilməzdi və Ermənistanın yeni hərbi-siyasi təxribatları münaqişənin aktiv fazaya keçməsini şərtləndirdi. Azərbaycan Ordusu qısa müddət ərzində ciddi hərbi naliyyətlər əldə etməklə bütün dünuayaya öz gücünü göstərdi, illərdir formalaşan "məğlubedilməz erməni ordusu" mifini darmadağın etdi. Erməni faşizminə əsaslanan işğal siaysətinə böyük zərbə vurmaqla regionda sülhün bərqərar olması üçün yeni şərtlər yaratdı. Terrorçu dövlət olan Ermənistanın dəstəklədiyi terror siyasətinin sülhü təhdid edən vasitə kimi ortadan qaldırılması istiqamətində işğalçı ölkəyə yaxşı dərs verdi. Eyni zamanda, işğalçı Ermənistanın regiona cəlb etdiyi çoxsaylı terror təşkilatı üzvlərinin də cinayətlərinin qarşısını aldı. Beləliklə, regionda yeni hərbi-siyasi reallıq yaratdı. İşğalçı ölkənin baş naziri Paşinyanı dünya dövlətlərinin liderlərinə fasiləsiz telefon edərək bu və ya digər formada yardımlar istəməyə məcbur etdi. Bu, işğalçı ölkəyə və onun terrorçu ordusuna verilən tarixi dərs idi.
Ancaq bütün bunlara baxmayaraq Azərbaycan bü gün də beynəlxalq hüquqa və onun tələblərinə, problemin ən qısa zamanda danışıqlar yolu ilə həll edilməsinə sadiqdir. Bunun üçün hər şeydən öncə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi yerinə yetirilməli və ya əslində Azərbaycan ordusunun yerinə yetirdiyi bu qətnamələrin geri qalan hissəsindən işğalçı ordunun dərhal çıxarılması ilə bağlı Ermənistan tərəfi qrafik təqdim etməlidir.
Təcrübə isə onu göstərir ki, Ermənistan bunu etmir, tam əksinə vəziyyəti daha da gərginləşdirmək üçün humanitar atəşkəslə bağlı razılaşmaları pozur. Dinc əhalini və mülki obyektləri raket atəşinə tutmaqla sivil vətəndaşlarımızı hədəfə alır. Beləliklə, hərbi cinayətə əl atır və faktiki olaraq terror törədir. Üstəlik, əcnəbi vətəndaşları, muzdluları, PKK və Yaxın Şərqdən bəzi terrorçu qruplaşmaları qondarma "Dağlıq Qarabağ ordusu"na qoşmaqla beynəlxalq hüququn tələblərini pozur. Ona görə də işğala son qoyulmayana qədər Azərbaycan Ordusu öz legitim və beynəlxalq hüquqa əsaslanan əməliyyatlarını davam etdirəcək. Torpaqlarımızı işğaldan azad edərək regionda sülhü və inteqrasiyanı təmin edəcək".