Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 08:16
Son zamanlar internet istifadəçilərinə qarşı kiber cinayətkarlığın sayı artıb. Düşmən tərəfindən həyata keçirilən bu cür hücumlarda əsas məqsəd yalnış məlumatlar yaymaqla vətəndaşlarımız arasında çaxnaşma yaratmaq, istifadəçilərə məxsus şəxsi məlumatları əldə etmək və onlara müdaxilə etmək, daha sonra isə bu məlumatlar əsasında daha unikal hücumlar həyata keçirməkdir.
Qeyd edilən təxribatlardan yayınmaq üçün müəyyən qaydalara riayət etmək lazımdır.
Kiber hücumlar zamanı informasiya müharibəsində aktiv iştirak edən şəxslər qurbana çevrilir. Onların sosial şəbəkədəki profilləri bloklanır və ya şəxsi məlumatları ələ keçirilir. Bundan sonra isə həmin istifadəçilər öz profillərinə daxil ola bilmirlər.
Qeyd edək ki, ələ keçirilən profillər dostluqdakı digər istifadəçiləri də təhlükəyə atır.
Belə hallar zamanı əsasən viruslu linklər göndərilir ki, onlara daxil olmaqla qarşı tərəf profilləri ələ keçirə bilir. Həmçinin insanların bank hesabları da kiber hücumlar zamanı təhlükə ilə üzləşir.
Mümkün kiber hücumlardan qorunmaq üçün bu qaydalara riayət etmək lazımdır:
İlk növbədə hər bir istifadəçi şifrə məlumatını (elektron poçtlarını) dəqiq bilməlidir.
"Facebook" və "İnstagram"da iki mərhələli təsdiq aktivləşdirilməlidir (Yəni nömrə vasitsəsilə təhlükəsizlik artırılmalıdır).
Göndərilən naməlum linklərə daxil olmamalıyıq.
Mənşəyi bilinməyən VPN-lərdən istifadə edilməməlidir (VPN yükləyərkən onun hansı şirkət və ölkəyə aid olmasına baxmaq lazımdır).