Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 06:28
Bakı. Trend:
9 iyul tarixində Beynəlxalq vahidlər sisteminə həsr olunan marka poçt dövriyyəsinə buraxılacaq.
Trend-in məlumatına görə, poçt markasının üzərində Beynəlxalq vahidlər sisteminə daxil olan bəzi vahidlər öz əksini tapacaq.
Bu orijinal poçt vərəqi 131×131 mm ölçülərində hazırlanacaq və 9 markadan ibarət olacaq. Markalar isə 37×37 mm ölçülərində tədavülə buraxılacaq.
Layihə dizayner-rəssam S.Kapranova məxsusdur.
Bu maraqlı markanın nominal dəyəri 53 rubl, tiraji isə 126 min nüsxə təşkil olunacaq. Hər vərəqin tiraji isə 14 min nüsxə olacaq.
Poçt markalarının dövriyyəyə buraxıldığı gün Moskva şəhəri üçün “İlk gün” zərfi və ştempel hazırlanacaq. Bundan əlavə üzərinə xüsusi həkketmə həyata keçiriləcək.
Qeyd edək ki, Beynəlxalq vahidlər sistemi 1960-ci ildə yaranıb. Sİ gündəlik həyatda eləcə də, elm və texnikanın bütün sahələrində istifadə olunan ən geniş yayılan vahidlər sistemidir.
Beynəlxalq vahidlər sistemində yeddi əsas vahid var. Bunlar uzunluq vahidi, zaman vahidi, kütlə vahidi, maddə miqdarı-mol, temperatur vahidi kelvin, cərəyan şiddəti vahidi, işıq şiddəti vahididir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin