Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AGF ilk dəfə “Gimnastika hamı üçün” növü üzrə vebinar keçirəcək

AGF ilk dəfə “Gimnastika hamı üçün” növü üzrə vebinar keçirəcək

Tarix: 7 Noyabr 2020 09:44

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2020-ci ilin 9-11 dekabr tarixlərində ödənişsiz əsaslarla “Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar təşkil edəcək.

Federasiyadan Trend-ə verilən məlumata görə, vebinarda iştirakçılara “Gimnastika hamı üçün” haqda ümumi məlumat veriləcək və ölkə ərazisində onun inkişaf imkanları müzakirə olunacaq.

Vebinar “Gimnastika hami üçün” növünün baş məşqçisi Mariana Vasileva və məşqçisi Ruslan Eyvazov tərəfindən keçiriləcəkdir.

Burada “Gimnastika hami üçün” üzrə məşqçilik etmək arzusunda olan şəxslər iştirak edə bilər. İştirak üçün yaş həddi 15-dir.

Vebinarın proqramı, sifariş forması ilə bağlı ətraflı məlumatı +99412 493 3011 əlaqə nömrəsi vasitəsilə federasiyadan əldə edə bilərsiniz.

Vebinarın keçiriləcəyi proqram: ZOOM

Vebinarın keçiriləcəyi tarix: 9-11 dekabr 2020-ci il

Sifarişlərin son qəbul tarixi: 1 dekabr 2020-ci il


Etiketlər:  dəfə Gimnastika hamı üçün növü üzrə vebinar keçirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ