Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada ermənilər Azərbaycanın Fəxri konsulluğunu atəşə tutdu - FOTO

Ukraynada ermənilər Azərbaycanın Fəxri konsulluğunu atəşə tutdu - FOTO

Tarix: 7 Noyabr 2020 11:39

Ukraynanın Xarkov şəhərində Azərbaycanın Fəxri konsulluğunun binası atəşə tutulub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu fəxri konsul Əfqan Salmanov bildirib.

Qeyd olunur ki, hadisə gecə 02:30 radələrində baş verib. İki naməlum şəxs binaya altı dəfə atəş açıb.

Həmin vaxt konsulluqda heç kim olmayıb. Hadisə binanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Qeyd edək ki, oktyabrın 25-də Estoniyanın paytaxt Tallində maskalı naməlum şəxs İslam mərkəzinin, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına donuz başları qoyub. Hər üç hadisə barədə polisə məlumat verilib.

İnsidentlərlə bağlı araşdırma aparılır. İlkin ehtimala görə, hadisəni törədənlər erməni əsilli şəxslərdir.


Etiketlər:  Ukraynada ermənilər Azərbaycanın Fəxri konsulluğunu atəşə tutdu FOTO


RƏYLƏR