Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Latsio''da koronavirus testlərinin cavabı açıqlandı

''Latsio''da koronavirus testlərinin cavabı açıqlandı

Tarix: 7 Noyabr 2020 11:58

"Latsio"da bütün futbolçuların koronavirus testi mənfi çıxıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, heç bir oyunçuda koronavirus aşkarlanmayıb. Məlumatı klubun tibbi heyətinin rəhbəri İvo Pulçini təsdiqləyib. O, oyunçuların İtaliya A seriyasının 8-ci turunda "Yuventus"a qarşı matçda oynaya biləcəyini söyləyib.

Qeyd edək ki, "Latsio"da bəzi oyunçularda koronavirus aşkarlanmışdı. Komandada Çiro İmmobile, Lukas Leyva və Tom Strakos Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Zenit"lə görüşü buraxmışdılar.

Əlavə edək ki, "Latsio" - "Yuventus" qarşılaşması sabah keçiriləcək.


Etiketlər:  Latsioda koronavirus testlərinin cavabı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ