Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Artıq 100-ə yaxın şirkət Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyası əldə edib

Artıq 100-ə yaxın şirkət Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyası əldə edib

Tarix: 7 Noyabr 2020 22:44

Son həftələrdə ABŞ hökuməti Huawei ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş icazə lisenziyasını daha çox şirkətə verir. Ümumi hesabata əsasən Huawei ilə əməkdaşlıq üçün 300 şirkət sorğu göndərib. Onların 1/3-i isə artıq əməkdaşlıq üçün icazə lisenziyasını əldə edib. İcazə lisenziyasını əldə etmiş şirkətlər arasında AMD, Intel, Samsung Display və Sony kimi şirkətlər var. Lakin Qualcomm şirkəti hələ də gözləmə mərhələsindədir.

Bir neçə müddət bundan öncə Qualcomm şirkətinin general direktoru Steven Mollenkopf, 2020-ci maliyyə ili üzrə şirkətin biznesindən danışarkən rəsmi olaraq təsdiqləmişdi ki, Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasının alınması üzrə Qualcomm şirkəti ABŞ hökumətinə müraciət edib. Lakin Qualcomm-a ABŞ hökumətindən hələ rəsmi bir cavab verilməyib.

Bununla yanaşı Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasının alınması sorğusunu həmçinin Samsung Electronics şirkəti də göndərib və cavab gözləyir. Son məlumatlara əsasən ABŞ hökuməti icazə lisenziyasını o halda verir ki, şirkətlərin Huawei üçün istehsal etdikləri komponentlər 5G biznesində istifadə olunmayacaqlar. Bundan əlavə olaraq bir sıra mənbənin verdiyi məlumata əsasən Huawei şirkəti özünün prosessor istehsalı zavodunu iş salmağı planlaşdırır və həmin vaxtda kimi MediaTek şirkəti ilə əməkdaşlıq edəcək.

Milli.Az


Etiketlər:  Artıq 100 ə yaxın şirkət Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyası əldə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ