Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baxışları ilə görənləri qorxudan robot

Baxışları ilə görənləri qorxudan robot

Tarix: 7 Noyabr 2020 23:52

Disney Araşdırma mühəndisləri tərəfindən hazırlanmış bu xüsusi robot digər robotlardan çox fərqli bir xüsusiyyətə sahibdir. Mütəxəssislərin uzun müddətdir üzərində çalışdıqları robot, yeni bir texnologiyadan olmaqla yanaşı görənləri heyrətə gətirir.

Robot göz qırpır, həmçinin birini dinləyərkən gözlərini və göz qapaqlarını sürətli hərəkət etdirə bilir.

Robotun insan kimi görünməsi üçün xüsusi bir göz, göz qapağı və qaş dizaynı var. Gözlər aktiv olduğundan baxışlar olduqca real görsənir.

Dərisiz  insana bənzədilən dizaynı ilə diqqət çəkən robot gözlə əlaqə qura bilər. Disney tərəfindən hazırlanmış qorxunc robot, hərəkət edən biri ilə göz təmasını qoruya bilir.

Sinəsinə yerəşdirilmiş qurğu sayəsində qarşısındakı insanı dizləyə bilən robot həmçinin bu qurğu vasitəsi ilə bir dəfə gördüyü şəxsi növbəti dəfə xatırlaya bilir.

Milli.Az


Etiketlər:  Baxışları ilə görənləri qorxudan robot


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ