Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atletiko'' Moratanı birdəfəlik alır - rəsmi

''Atletiko'' Moratanı birdəfəlik alır - rəsmi

Tarix: 6 Iyul 2019 15:52

"Atletiko" "Çelsi"nin futbolçusu Alvaro Moratanı 2020-ci ilin yayında birdəfəlik alacaq.

Qol.az-ın London təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, iki klub arasında bununla bağlı razılıq əldə olunub. İspan hücumçu 2019/2020 mövsümünü isə icarə əsasında "Atletiko"da keçirəcək.

Qeyd edək ki, Moranın təzminat qiymətinin 50 milyon funt sterlinq olduğu bildirilir. La Liqa klubunun 26 yaşlı oyunçunu almayacağı təqdirdə, "Çelsi"nin onu geri qaytara biləcəyi iddia olunurdu.

Xatırladaq ki, qışdan Madrid təmsilçisində icarə əsasında çıxış edən A.Morata La Liqada 15 matçda 6 qol vurub.

 


Etiketlər:  Atletiko Moratanı birdəfəlik alır rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ