Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqaret tüstüsü virusun yayılmasını 4 dəfə artırır

Siqaret tüstüsü virusun yayılmasını 4 dəfə artırır

Tarix: 16 Noyabr 2020 21:00

İnsanların sıx olduğu yerlərdə siqaret çəkmək virusun yayılma sürətini 4 dəfə artırır.

Sonxeber.net xəbər verir ki, bu barədə türkiyəli alimlər araşdırma aparıb.

Siqaret çəkmə həm maskasızlıq müddətini uzadır, həm də xəstəliyin tüstü ilə yayılmasına səbəb olur. Bu səbəbdən Türkiyənin izdihamlı küçələrində və avtobus dayanacaqlarında koronavirusun yayılmasını azaltmaq üçün siqaret çəkmək qadağan edilib.

Mütəxəssislərin fikrincə, bu, tütün asılılığından qurtulmaq üçün əla fürsətdir.

Ağciyər xəstəlikləri üzrə mütəxəssis Nesrin Öcal yoluxmuş insanın siqaret çəkərkən ətrafa yaya biləcəyi infeksiya riskini aradan qaldırmaq üçün siqareti tərgitməyin vaxtının gəldiyini bildirib.

"Ağciyər xəstəliyi olan və siqaret çəkənlərdə bu xəstəliyin daha şiddətli olduğunu görürük", deyən N.Öcal siqaret çəkmənin immunitet sistemini zəiflətdiyi kimi, virusun ağciyərdə qalmasını da artırdığını vurğulayıb. (publika.az)


Etiketlər:  Siqaret tüstüsü virusun yayılmasını dəfə artırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ