Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 22:00
İmmuniteti zəif olanların respirator xəstəliklərinə yoluxma ehtimalı daha çox olur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayeva deyib: "Havaların soyuq keçməsi yuxarı tənəffüs yollarının respirator xəstəlikləri - qrip, virus və bakterial infeksiyaların baş qaldırdığı və artdığı dövrdür. Həmin xəstəliklərin baş qaldırması orqanizmdə immun sistemini zəiflədir və bu zaman bütün infeksiyalar üçün münbit şərait yaranır".
Həkimlər yoluxma ehtimalını azaltmaq üçün yayın axırlarından başlayaraq qidalanmaya xüsusi diqqət yetirməyi məsləhət görürlər. A, B, C, və E vitaminləri ilə zəngin məhsullara üstünlük vermək tövsiyə olunur. Cəfəri, bibər, soğan, sarımsaq, kərəviz və brokolidən istifadə etmək çox faydalıdır. Çoxlu maye qəbul edilməsi də immuniteti gücləndirir.
"İmmunitetin güclü olması üçün hər gün səhər, günorta və axşam yeməkləri vaxtlı-vaxtında yemək və 8 saat yatmaq lazımdır. Meyvə-tərəvəz çoxlu miqdarda qəbul edilməli, stresdən uzaq olmağa, idmanla məşğul olmağa çalışmaq lazımdır. Böyrəklər normal işləyirsə və arterial təzyiq problemi yoxdursa, gün ərzində 2 litrə qədər su içilməlidir", - deyə həkim-terapevt bildirib.
Meyvələr yeməkdən 1 saat əvvəl və ya sonra qəbul edilməlidir.