Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 12:28
Bakı. Trend:
Ermənistan parlamentinin yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilir.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar hakim “Mənim addımım” partiyasının deputatlarını aksiyaya qoşulmağa çağırır.
Parlamentə daxil olan deputatlar etirazçıların “Ar olsun!”, “Satqınlar!” kimi şüarları ilə üzləşir.
Qeyd edək ki, Yerevanda aksiyalar noyabrın 10-dan etibarən davam edir.