Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədə qazı necə keçər?

Mədə qazı necə keçər?

Tarix: 19 Noyabr 2020 08:03

İnsanlar bəzən çox yeməkdən və ya soyuqlamadan mədə qazları yaşayırlar.

Mədə qazı vücudda şiddətli ağrılar və şişkinlik hissi yaradır.

Mədə qazı necə keçər?

Mədə qazı həzm sistemi ilə onikibarmaq bağırsağına qədər olan qismində yaranır. Mədə qazının yaranmasının əsas əlamətləri, yemək sonrası şişkinlik, hərəkət zamanı qaz çıxarma, yemək sonrası bulantı hissi, mədədə gərginlik hiss edilməsi ilə özünü göstərir.

Mədə qazı çöldən udduğumuz hava, qastrit, yediyimiz yeməklər ilə yaranır. Həmçinin sürətli yemək, yediyi zaman danışmaq, stress mədəyə hava dolmasına səbəb olur. Mədə asidlərinin su və duz ilə reaksiyaya girməsi, turş və ədviyyatlı yeməklər qaz səbəbidir.

Bu zaman həkimlər tərəfindən uyğun dərman müalicəsi yazılır.

Bu dərmanlar vasitəsilə kiçik olan qazlar bir araya gəlir və asanlıqla çıxarılır.

Əgər yeməkdən sonra qaz probleminiz yaranarsa, 1 saat qədər təmiz havada yeriyin. Qarın və bel bölgəsinə isti su torbası qoya bilərsiniz.

Həmçinin illıq bir stəkan su təsirli ola bilər.


Etiketlər:  Mədə qazı necə keçər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ