Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub

“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub

Tarix: 19 Noyabr 2020 12:57

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub. Bu münasibətlə təşkil olunan onlayn iclasda qurumun Baş direktoru Emin Əfəndiyev çıxış edib.

 

Baş direktor "Azərpoçt" MMC-nin dünyanın 80-ə yaxın ölkəsi ilə birbaşa beynəlxalq poçt mübadiləsi həyata keçirdiyini, fəaliyyət göstərdiyi müddətdə bir sıra uğurlar əldə etdiyini, o cümlədən EMS sahəsində ardıcıl 9 dəfə Qızıl səviyyəli sertifikata layiq görüldüyünü konfrans iştirakçılarının nəzərinə çatdırıb.

 

Emin Əfəndiyev vurğulayıb ki, "COVID-19" pandemiyası dövründə "Azərpoçt" MMC beynəlxalq sahədə öz fəaliyyətini Ümumdünya Poçt İttifaqının, ölkə daxilində isə ÜPİ, eləcə də Azərbaycan hökumətinin tələb və tövsiyələrinə uyğun layiqincə yerinə yetirir.

 

Ölkə daxilində poçt mübadiləsinin yüksək səviyyədə təşkil olunmasından danışan E.Əfəndiyev Ermənistanın Azərbaycana təcavüzündən də söhbət açıb. O qeyd edib ki, düşmənin 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal etməsi nəticəsində "Azərpoçt" ölkə ərazisində tam olaraq poçt mübadiləsini həyata keçirə bilmirdi. Artıq rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edib. Həmin ərazilərdə yaxın zamanda yeni poçt məntəqələri fəaliyyətə başlayacaq.

 

Baş direktor ötən dövr ərzində Avropa Poçt İttifaqının üzvü olmamasına baxmayaraq, "Azərpoçt" MMC-nin bu qurumun bir çox toplantılarına dəvət alaraq onların işində müşahidəçi qismində aktiv iştirak etdiyini bildirib.

 

Sonda Avropa Poçt İttifaqının üzvü olan 53 ölkə arasında Azərbaycanın quruma üzv qəbul olunması üçün qapalı səsvermə keçirilib. Nəticədə "Azərpoçt" MMC Avropa Poçt İttifaqının üzvlüyünə qəbul edilib.




Etiketlər:  Azərpoçt Avropa Poçt İttifaqına üzv qəbul olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ