Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messini qovan hakim danışdı - "Başqa yolum yox idi"

Messini qovan hakim danışdı -

Tarix: 7 Iyul 2019 20:48

Amerika kubokunun bürünc medal uğrunda oyununda Argentina millisinin kapitanı Lionel Messiyə qırmızı vərəqə göstərən baş hakim Mario Dias de Vivar qərarının səbəbini açıqlayıb.

Qol.az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, paraqvaylı referi Çili yığmasının yarımmüdafiəçisi Qari Medelin sinəsinə güclü zərbə vurduğu üçün Messini meydandan qovduğunu bildirib:

"Həmin epizodda argentinalıya qırmızı vərəqə göstərməkdən başqa çıxış yolum yox idi. Top meydandan çıxdıqdan sonra Messi rəqibinə qarşı kobudluq etdi. Medel isə Messiyə sərt reaksiya verdiyi və onu sinəsi, qolu ilə itələdiyi üçün cəzasını aldı".

Qeyd edək ki, oyunun 37-ci dəqiqədə Messi ikili mübarizə zamanı Medeli arxadan itələyib. Medel isə sinəsi ilə ona qarşılıq verib. Nəticədə hər iki futbolçu meydandan qovulub.

Onu da əlavə edək ki, 2:1 hesablı qələbə qazanan Argentina millisi bürünc medallara sahib çıxıb.

 


Etiketlər:  Messini qovan hakim danışdı Başqa yolum yox idi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ