Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərin dağıtdıqları evlərin heç biri onların deyil - Ağdam köçkünü

Ermənilərin dağıtdıqları evlərin heç biri onların deyil -  Ağdam köçkünü

Tarix: 20 Noyabr 2020 19:20

Bu gün ermənilərin Ağdamda və Kəlbəcərdə yandırdıqları evlərin heç biri onlara məxsus olmayıb. Onlar bu torpaqların əsl sahibi olan azərbaycanlıların evlərində məskunlaşıblar və indi yandırdıqları əmlakları da vandallıqla əldə ediblər.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Ağdamdan olan 65 yaşlı məcburi köçkün Tünzalə Vəliməmmədova deyib.

Ağdam işğal edilənədək rayonun Əhmədavar kənd məktəbinin direktoru vəzifəsində çalışdığını deyən T.Vəliməmmədova bildirib ki, ermənilər hər zaman azərbaycanlılara qarşı qeyri-insani əməllər törədiblər: "Onlarda hər zaman vandallıq olub. Sovet dövründə öz xislətlərini tam olaraq, üzə çıxara bilmirdilər. Lakin 1988-ci ildə biz Ağdama gələn erməni ustalardan Qarabağla bağlı iddialar eşidirdik".

T.Vəliməmmədova qeyd edib ki, Ağdam işğal edilən günədək- 1993-cü il 23 iyuladək kəndlərini tərk etmək istəməyib. Kəndin hər bir sakini də son ana qədər döyüşərək torpaqlarını erməni vandallarına təslim etmək istəməyib:

"İşğal günündə artıq kəndi tərk etmək məcburiyyətində qaldıq. İşğaldan əvvəl - iyulun 17-də ermənilərin atdığı mərmi nəticəsində evim tamamilə yanmışdı. Nə qədər insanın evi yanmışdı, mal-qarası tələf olmuşdu. Kənddən heç nəsiz çıxdıq".

1993-cü ildən 2006-cı ilədək Bərdədə 20 mindən çox Xocalı, Zəngilan, Ağdam sakininin sığındığı 1 saylı çadır düşərgəsində məskunlaşdıqlarını və orada çox ağır günlər keçirdiklərini söyləyən müsahibimiz qeyd edib ki, 2006-cı ildən Ağdamın yeni salınan Bənövşələr qəsəbəsində yaşayır və orada məktəb direktoru kimi çalışır:

T.Vəliməmmədova deyib ki, Ağdam işğaldan azad olunandan sonra ilk olaraq atasının dəfn edildiyi və rayonun ən böyük qəbiristanlığı olan Qarağacı qəbiristanlığına gedəcək:

"Prezident İlham Əliyev bizim üçün mümkün olmayanı mümkün etdi. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı özümüzə qaytarır. Hər şey ürəyimizcədir. Biz rayona qayıdacağımız günü gözləyirik".


Etiketlər:  Ermənilərin dağıtdıqları evlərin heç biri onların deyil Ağdam köçkünü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ