Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Miokardit

Miokardit

Tarix: 21 Noyabr 2020 07:21

Miokardit ürək əzələsinin infeksion-allergik və ya toksiki-allergik, iltihabi xəstəliyidir. Xəstəlik qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Miokarditin yaranma səbəbi müxtəlifdir. Ən çox infeksion mənşəli və ya infeksion - toksik mənşəli miokarditlərə rast gəlinir. Virus etiologiyalı miokarditlər də nisbətən geniş yayılmışdır. Xəstəlik zamanı ürək əzələsində aşağıdakı dəyişikliklər baş verir:
1. Iltihabi hüceyrə infiltratı, stromanın ödemi, nekrozu, distrofiyası.
2. Miokardın yığılması və sol mədəciyin sistolik funksiyasının zəifləməsi.
3. Sol mədəciyin diastolik funksiyasının zəifləməsi.
4. Kiçik və böyük qan dövranında durğunluq.
Miokardit zamanı xəstədə zəiflik, başağrısı, tez yorulma, tərləmə, əzələ və oynaqlarında ağrılar, mədə - bağırsaq sistemində dəyişikliklər müşayiət olunur. Xəstədə zökəm əlamətləri meydana çıxır. Xəstələr ürək nahiyyəsində ağrıdan, tənginəfəslikdən, ürəkdöyünmədən, ayaqlarda ödəmdən şikayət edirlər.
Gedişinə görə miokarditin 3 dərəcəsi ayırd edilir:
1. Yüngül gedişli - xəstənin ümumi vəziyyəti ciddi dəyişikliyə məruz qalmır, xəstələr taxikardiyadan, arabir ürək nahiyyəsində ağrıdan şikayət edirlər.
2. Orta ağır - xəstənin ümumi vəziyyəti pisləşir, tənginəfəslik və zəiflik hissi yaranır. Ürəyin ölçüləri böyüyür, aritmiya qeyd olunur.
3. Ağır gedişli - ürəyin ölçüləri kəskin böyüyür və total ürək çatışmazlığı inkişaf edir.
Diaqnoz:
Xəstəliyə diaqnoz qoymaq üçün xəstədən toplanan anamnezin, EKQ - nin, ürəyin auskultasiyasının rolu böyükdür.
Müalicəsi:
Müalicəsində fiziki aktivliyin məhdudlaşdırılması, dezintoksikasiyaedici dərman maddələrindən istifadə edilir. Lazım gələrsə antihistamin dərman maddələrinin qəbulu da məsləhət görülür.


Etiketlər:  Miokardit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ