Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2020 11:42
Bakı. Trend:
Ağdam rayonunun işğaldan azad edilməsi Azərbaycanın nəhəng siyasi qələbəsidir.
Bunu Trend-ə rusiyalı politoloq Sergey Markov deyib.
O bildirib ki, Azərbayan ordusu Ağdama daxil olub və tezliklə azərbaycanlı qaçqınlar oraya qayıdacaq:
"Bu, Azərbaycanın nəhəng siyasi qələbəsidir . Ölkənin ən vacib, ən məşhur şəhəri qan tökülmədən, hər hansı bir itki verilmədən alınıb"
Politoloq əlavə edib ki, bu siyasi qələbə Azərbaycanın hərbi qələbələrinin nəticəsidir:
"Rusiya KTMT-nin üzvü olsa da, Ermənistanın tərəfini tutmadı və neytral mövqedə qaldı".