Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2020 13:18
Bəzi insanlar üçün mətbəxdə bir-birindən ləziz yeməklər hazırlamaq xoşbəxtlik mənbəyidir. Bu halda çox diqqətli olmaq lazımdır. Yemək bişirərkən və yeyərkən etdiyimiz bəzi xətalar onun qida dəyərinin yəni vitamininin azalmasına səbəb ola bilər. Bəs bu qidaları necə və hansı formada qəbul etməliyik?
Sonxeber.net axşam.az-a istinadən qida qəbulu zamanı düz olduğunu bildiyimiz, əslində isə yalnış olan qaydaları təqdim edir:
1.Meyvə və tərəvəzlərin qabığını soymaq olmaz!
Çünki bir çox meyvə və tərəvəzin vitamini qabığının içərisində yerləşir. Bu qabıqlarda vitaminlə yanaşı, sümük lifləri üçün faydalı maddələr də var. Buna görə də, qabıqlı formada yeyilə bilinəcək meyvə və tərəvəzlərin qabığı soyulmamalıdır. Lakin onları o cür yemək üçün bol miqdarda su ilə yumaq lazımdır ki, üzərində dərman qalmasın.
2. Meyvə və tərəvəzlər uzun müddət suda qalmamalıdır!
Bu kateqoriyaya daxil olan meyvə və tərəvəzlər arasında tut, çiyələk və ispanaq var. Onlar incə və həssas təbəqəyə malik olduğundan, suda uzun müddət qalanda tərkibindəki vitamin azalır. Bu cür meyvə və tərəvəzlər qısa müddət ərzində axar su ilə yuyulmalıdır.
3.Yaşıl yarpaqlı tərəvəzələri suda bişirmək olmaz!
Göyərti yeməyi olan ispanaq nə qədər çox suda bişərsə, bir o qədər vitaminini itirir. Çuğundur və ispanaq kimi tərəvəzlərin tərkibində yüksək miqdarda su olur. Yaşıl yarpqalı tərəvəzlər mümkün olduqca su əlavə edilmədən bişirilməlidir.
4.Yeməyi uzun müddət bişirmək olmaz!
Meyvə və tərəvəzlər bişirilərkən tərkibindəki B və C vitaminləri itir. Tərəvəzləri mümkün olduqca qısa müddətdə bişirmək lazımdır. Bu zaman vitamin itkisi demək olar ki, olmur.
5. Tərəvəz qaynadılan suyu tökmək olmaz!
Qaynamış, ya da bişmiş tərəvəzin suyunu tökmək olmaz. Tərəvəz suyunun tərkibi C və B2 vitaminləri ilə zəngin olur. Buna görə də onun suyunu sup, sous və digər yeməklər üçün istifadə edə bilərsiniz.
6. Yumurtanı uzun müddət bişirmək olmaz!
Yumurta vitaminlə zəngin qida mənbəyidir.Tərkibində yüksək miqdarda protein dəyəri olan yumurtanı bərkiyənə qədər bişirməyin. Bu zaman yumurtanın tərkibindəki dəmir yetərincə qalmır. Lakin yumurtanı çiy yemək də olmaz. Normal olaraq onu 4-7 dəqiqə qaynatmaq məsələhət görülür.
7. Meyvə və tərəvəzləri nazik-nazik doğramaq olmaz!
Meyvə və tərəvəzlərin vitaminini və keyfiyyətini azaldan amillər isti, oksigen və işıqdır. Meyvə və tərəvəzlərin içərisi işıq və oksigendən qorunur. Kəsildikdə isə o əvvəlki təravətini itirir. Tərəvəz və meyvəni nə qədər nazik doğrasaniz o qədər vitaminini itirəcək. Onları böyük və qalın formada doğramaq lazımdır. Daha sonra sərin və qaranlıq yerdə saxlayaraq istifadə edə bilərsiniz.
8. Yuyulmuş və təmizlənmiş meyvə və tərəvəzlərin suyunu atmaq lazımdır!
Bu suyu saxlamaq olmaz. Suyu sıxılan meyvə və tərəvəz işıq və oksigenlə təmas etdiyindən içərisindəki vitaminlər yox olur. Belə olan halda meyvə və tərəvəzi bütöv halda doğramadan yesəniz daha yaxşı olar.
9. Paxlalı tərəvəzləri süd məhsulları ilə istehlak etmək olmaz!
Mərci, noxud, lobya kimi tərəvəzləri süd məhsulları ilə yedikdə dəmir azalır. Çünki paxlalı tərəvəzlərdə böyük miqdarda dəmir olur. Belə qidalar daha çox bibər və limonla yeyildikdə bədəndə dəmiri artırır.
10. Tərəvəzləri uzun müddət plastik torbada saxlamaq olmaz!
Tərəvəzlərin də hava almağa ehtiyacı var. Buna görə də, onları saxladığınız plastik torbalarda müəyyən dəliklər açaraq hava ilə təmasını təmin etmək lazımdır. Daha yaşı olardı ki, tərəvəzləri setka torbalarda saxlayasınız. Bu onların yaxşı hava qəbul etməsini təmin edəcək. Tərəvəzlərin hamısını bir torbada saxlamaq olmaz. Bu zaman daha tez xarab ola bilərlər.