Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2020 16:14
Bakı. Trend:
9 noyabrda Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatın mətninin hazırlanması onu imzalayan hər üç ölkənin - Rusiya, Azərbaycan və Ermənistanın liderləri tərəfindən həyata keçirilib.
Trend-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin "Rossiya-1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramı üçün verdiyi müsahibəsində deyib.
V.Putin bildirib: "Mətnin özünə gəlincə, bunu üçümüz hazırladıq - təbii ki, mən, [Azərbaycan Prezidenti İlham] Əliyev və [Ermənistan] Baş naziri Nikol Paşinyan". Rusiya prezidenti qeyd edib ki, başqa cür mümkün deyildi.
Onun sözlərin görə, əslində bunlar iki tərəf - Azərbaycan və Ermənistan arasında imzalanan müqavilələr idi və Rusiya yalnız vasitəçi rolunu yerinə yetirdi və bu sənəddə tərəflərin dinc şəkildə ayırmasını həyata keçirmək öhdəliklərini öz üzərinə götürdü:
"Və bunu biz hazırda edirik. Bu səbəbdən [birgə bəyanatın] müəllifləri şübhəsiz ki, üç tərəfdir".