Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 07:30
Bakı. Trend:
Kolumbiyanın Medelin şəhərin sakini lotereyada 13 milyard peso qazandı ki, bu da təxminən 3.561.360 dollara bərabərdir.
Trendin TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkədə lotereyalar təşkil edən "Baloto Revança" şirkəti xəbər yayıb.
"Bu dəfə şanslı olan əbədi bahar şəhəri - Medelində yaşayır" - "Twitter"də yayımlanan mesajda deyilir.
Bildirilir ki, lotereya bileti şəhər apteklərindən birində əldə edilib.