Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klub tarixində yeni rekord - “Liverpul”

Klub tarixində yeni rekord - “Liverpul”

Tarix: 23 Noyabr 2020 14:26

İngiltərənin "Liverpul" klubu tarixinin rekorduna imza atıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Yurgen Kloppun yetirmələri "Lester" üzərində 3:0 hesablı qələbə ilə evdəki məğlubiyyətsizlik seriyasını 64-ə çatdırıb.

Bu, klub tarixinin yeni rekordudur. Bunadək "Liverpul"un ən yaxşı göstəricisi 63 oyuna bərabər idi. Bu, 1978-80-cı illərdə qeydə alınıb.

Qeyd edək ki, İngiltərə çempionatlarının rekordu isə "Çelsi"yə məxsusdur. Londonlular 2004-08-ci illərdə 86 ev matçında uduzmayıb.

Milli.Az


Etiketlər:  Klub tarixində yeni rekord Liverpul


RƏYLƏR