Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fabio Luis Ramim Qarabağdan yazdı: "Qəlbimdə azərbaycanlıyam"

Fabio Luis Ramim Qarabağdan yazdı:

Tarix: 23 Noyabr 2020 18:00

Millimizin sabiq üzvü Fabio Luis Ramim Azərbaycanın Qarabağ uğrunda döyüşlərdə qələbə qazanması ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bununla bağlı şəxsi İnstaqram səhifəsində yazan braziliyalı keçmiş futbolçu özünü qəlbən azərbaycanlı hesab etdiyini bildirib:

"Qarabağda gedən müharibə ilə bağlı çox narahat idim. Tanrıya şükür ki, Azərbaycan ordusu döyüş meydanında qalib gəldi və möhtəşəm zəfər çaldı. Bütün Azərbaycan xalqını, ələxsus Qarabağı yenidən vətənə qovuşduran cəsur, mərd oğlanları alqışlayıram.

Əslində sakit birisiyəm və şəxsi həyatımla bağlı məsələləri sosial şəbəkələrdə bölüşmürəm, amma Qarabağla bağlı internetdə paylaşım etmişəm, çünki mən də özümü Azərbaycanın bir parçası hiss edirəm.

Peşəkar bir futbolçu kimi ölkənizə, qonaqpərvər və mehriban insanlarınıza çox borcluyam. Bakıda çox gözəl günlərim keçib, yığmadakı oyunlarımı xüsusi bir nostalji hissi ilə tez-tez xatırlayıram. Azərbaycan mənim ikinci vətənimdir, həmişə ay-ulduzlu üçrəngli bayrağımızı daha da uca etmək üçün futbol meydançasında əzmlə çalışmışam. Əfsuslar olsun ki, aldığım zədələr səbəbindən Bakıda karyeramı davam etdirə bilmədim. Artıq 5 ildir ki, futbol təcrübəmi yeni nəsillə bölüşürəm, məşqçi kimi fəaliyyət göstərirəm.

İnanıram ki, nə vaxtsa öz mənəvi borcumu qaytarmaq üçün Azərbaycana dönəcəm, çünki mən qəlbimdə azərbaycanlıyam".

Qeyd edək ki, Fabi Luis Ramim ölkəmizdə "MKT Araz", "Olimpik" və "Bakı" klublarında çıxış edib.

Milli.Az


Etiketlər:  Fabio Luis Ramim Qarabağdan yazdı Qəlbimdə azərbaycanlıyam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ