Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 12:42
Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşməsi faktı müsbət amildir.
Bunu Trend-də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib.
Səfirin sözlərinə görə, Vaşinqtondakı görüş onu ifadə edir ki, ABŞ həmsədr qismində yenə maraq nümayiş etdirib:
“Bütün həmsədr ölkələr münaqişənin yaxın zamanlarda həll olunmasının zəruriliyini görürlər. Hamı başa düşür ki, status-kvo qəbuledilməzdir və hər kəs münaqişənin sülh yolu ilə həllini görmək istəyir. Bu, Vaşinqtondakı görüşün ən böyük nəticəsidir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin