Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aviaşirkətlər nə qədər itki verib?

Aviaşirkətlər nə qədər itki verib?

Tarix: 24 Noyabr 2020 21:32

Dünya aviaşirkətləri bu il və gələn il sərnişin daşımalarının kəskin azalması fonunda ümumilikdə 157 milyard dollar itirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Aleksandr de Junyak deyib.

O bildirib ki, IATA-nın proqnozlarına əsasən, 2020-ci ildə sərnişinlərin sayı 1,8 milyard nəfərədək azalacaq. 2019-cu ildə bu rəqəm 4,5 milyard nəfərə bərabər olub:

"Sərnişin daşımaları 2021-ci ildə qismən bərpa olunaraq 2,8 milyard nəfər həddində gözlənilir. Səbrsizliklə gözlənilən kütləvi peyvəndləmə 2021-ci ilin ortalarınadək ölkələr arasında aviaəlaqəyə müsbət təsir göstərməyəcək. Belə ki, sərhədlərin açılması 2021-ci ilin ortalarında gözlənilir".

O əlavə edib ki, 2020-ci ildə sərnişin daşımalarından gəlirlər 69 faiz və ya 191 milyard dollaradək azalacaq.

Milli.Az


Etiketlər:  Aviaşirkətlər qədər itki verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ